Bakıda qadına qarşı soyğunçuluq edilib - VİDEO

Paytaxtın Nizami rayonunda qadına qarşı soyğunçuluq edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Zərərçəkən şəxs yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 160 manat, mobil telefon və şəxsi sənədləri olan çantasını ələ keçirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ülvi Avazlı saxlanılıb. Həmin şəxsin zərərçəkəni izləməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktla bağlı 25-ci Polis Şöbəsində toplanana materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
"Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












