Bakıda qanunsuz olaraq tikilən piyada keçidi sökülür - FOTO - VİDEO - YENİLƏNİB

Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində tikilən və hazırda sökülən keçidi sifariş edən qurum məlum olub.
Avtosfer.az-ın məlumatına görə, keçid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sifariş edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerüstü piyada keçidinin söküntüsünə dair yayılan görüntülərə münasibət bildirilib.
Qurumdan oxu.az-a bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib: “Keçidin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq tədbirlərin görülməsi barədə komitə tərəfindən bir neçə dəfə aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb və tikinti-quraşdırma işləri dayandırılıb. Hazırda keçid sökülür. Görülən işlər tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirilib”.
***
Bakının Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində tikilən keçid sökülür. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, artıq tikilinin bir hissəsi dağıdılıb.
Qeyd edək ki, ərazidə tənzimlənən piyada keçidi var. Həmçinin bu keçidin tikilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazə, eləcə də Bakı Nəqliyyat Agentliyindən razılıq verilməyib.
Sözügedən keçid ərazidəki səkiləri xeyli daraldır və şəhərdə hərəkət üçün narahatlıq yaradırdı.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











