Bakıda sxem əsasında qoyulmuş, dayanacağı zəbt edən zibil qabları - VİDEO

“Sabunçu rayonunun Zabrat-1 qəsəbəsində sözügedən ünvanda qoyulan zibil konteynerləri artıq uzun illərdir ki, oradadır”.
Bu barədə Sabunçu Mənzil Kommunal və Təsərrüfat Birliyindən məlumat verilib.
Bildirilib ki, zibil konteynerləri illər əvvəl yol kənarında deyil, piyada səkisinin üstündə olub:
“İllər keçdikcə həmin küçə boyunca bir sıra obyektlər tikilib. Zibil konteynerləri də bir qədər irəli çəkilib. Lakin son illərdə əraziyə avtobus dayanacağı ilə bağlı məlumatlandırıcı lövhənin qoyulması bu cür anlaşılmazlıq yaradıb. Zibil konteynerləri illər əvvəl müvafiq sxemlər əsasında ərazilərə yerləşdirilib. Həmin meydançaların yerini dəyişdirmək isə təəssüf ki, mümkün deyil”.
***
Sabunçu rayonu Zabrat-1 qəsəbəsində avtobus dayanacağı yoxdur.
Bu barədə ərazidə yaşayan sakinlər tərəfindən şikayət daxil olub. Sakinlər iddia edirlər ki, avtobuslar gəlib zibil konteynerlərinin yanında saxlayır:
“Ərazidə dayanacaq olduğunu bildirən məlumat lövhəsi var. Lakin sərnişinlərin yağışda, günəşdə dayanmasını nəzərə alıb normal bir dayanacaq qoymayıblar. Qışda yağış, yayda gün başımıza döyə-döyə qalırıq. Onun yerinə məlumatlandırıcı lövhənin altında zibil konteynerləri qoyulub. Avtobus gözləyənə qədər ciyərlərimiz zibil qoxusu ilə dolur.
Bir qədər irəlidə işıqfor var. İki ya üç avtobus ard-arda dayananda tərpənməyə də yer qalmır. Yolda tıxac olur. Üstəlik yolun bir tərəfindən digər tərəfinə keçmək üçün piyada zolağı var, amma bunu yalnız ərazidə yaşayanlar bilir. Çünki piyada zolağı pozulub. Aidiyyəti qurumlar zolaqların rənglənməsini də təmin etmir. Maşın görmür, sürətlə keçir. Bizim piyada zolağı ilə dayanacaq problemimizi həll edən yoxdur”.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Şəhər Şosesinin Zabrat qəsəbəsindən keçən hissəsində nişanlanma xətlərinin yenilənməsi planda var:
“Qeyd edək ki, sözügedən yol sahəsində bununla bağlı müvafiq tədbirlərin görülməsi iş planına daxil edilib. Məlumat üçün onu da qeyd edək ki, sözügedən ünvanda səki infrastrukturunun vəziyyəti avtobuslar üçün dayanacaq pavilyonun quraşdırılmasına əlverişli deyil. Bu səbəbdən də həmin hissədə avtobus dayanacaq nişanı qoyulub”. (oxu.az)
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











