Bakıda taksi qiymətləri ucuzlaşıb - AÇIQLAMA

Son günlər Bakıda taksi xidmətində qiymətlər enib. Avtosfer.az bildirir ki, səbəb kimi bayram günləri ilə əlaqədar Bakıdan bölgələrə axın, həmçinin yollarda tıxacın azalması göstərilir.
Sərnişinlər bildirirlər ki, taksilərlə bağlı dəyişiklikdən sonra ilk dəfədir ki, qiymətlərdə bu qədər enmə müşahidə edilir.
Sürücülər qiymətin enməsini müştəri azlığı ilə əlaqələndirirlər.
Məsələ ilə bağlı taksi şirkətlərindən bildirildi ki, son günlər COP29 tədbirinin keçirilməsi ilə əlaqədar Bakıdan bölgələrə axın olub. Bu, yollarda tıxacların azalma səbəblərindən biridir. Nəticə olaraq, taksi xidmətlərinin qiymətləri də müəyyən dərəcədə azalıb.
Qeyd edək ki, tıxacların azalması daha sürətli xidmətin göstərilməsinə də imkan yaradır. Tədbir bitəndən sonra qiymətlərin əvvəlki dinamikasına qayıdacağı proqnozlaşdırılır.
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA












