Bakıda tarixi binanın fasadına ziyan vurulub - VİDEO

Bakıda 142 yaşı olan tarixi yaşayış binasının fasadınının əvvəlki görkəmini pozaraq üzərini suvaqla örtüb, rəngləyiblər.
Xezerxeber.az-ın məlumatına görə, dövlət tərəfindən qorunan binanın görkəminə ziyan vurublar.
Paytaxtın Səbail rayonu, Mərdanov qardaşları küçəsində yerləşən həmin bina 1880-ci ildə inşa olunub. Elə o vaxtdan bina memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Ancaq binanın birinci mərtəbəsində aparılan təmir işləri zamanı fasad hissəyə suvaq vurularaq yaşıl rəngdə rəngləyiblər. Nəticədə binaya ziyan vurublar.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları ərazidə olaraq problemin həll edilməsi üçün hərəkətə keçib.
Xidmətin mətbuat katibi Fariz Hüseynli deyib ki, problemdən xəbər alınandan sonra qanun pozuntusunun qarşısı alınıb və fasad əvvəlki görkəminə qaytarılacaq.
Sahibkar Elçin Orucov isə bildirib ki, binanın fasadı əvvəlki görkəminə qaytarılacaq.
Dövlət Xidmətindən bildirilib ki, tarixi abidədə təmir işləri aparılan zaman, bununla bağlı hazırlanan layihə xidmətə təqdim edilməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq
Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir










