Bakıda təhlükə saçan sürücülər - FOTO

“Ara işləyən” sürücüləri nə gözləyir? Nəqliyyat eksperti təkliflər verdi
Bakıda sürücülük mədəniyyəti günü-gündən yüksəlmək əvəzinə, aşağı düşür. Yollarda kifayət qədər potensial qatil var. Son zamanlar isə paytaxt küçələrində “ara işləyən” sürücülər peyda olub.
Xüsusilə məsuliyyətsiz taksi sürücüləri tıxaclı, sıxlıq olan yollarda zolaq tələbini pozur və iki maşınlıq yolda özləri üçün üçüncü zolaq yaradırlar. Sağ və soldakı maşınları sıxışdıraraq özlərinə yer edir və qəza şəraiti yarada-yarada hərəkət edirlər. Dərnəgül yolunda, Bakı-Sumqayıt yolunda belə sürücülərlə digər yol iştirakçıları arasında hər gün davalar düşür. Bu tip adamların əksəri özlərini kriminal ünsür kimi aparır, dəyənək, bıçaqla onlara irad bildirən sürücülərə hücum çəkirlər.
Qeyd edək ki, polisin keçirdiyi reydlər zamanı xeyli belə sürücünün narkotik istifadəçəsi, yaxud kuryeri olması da müəyyən edilib. Belə avtoterror saçan sürücülərin aşkarlanması üçün gizli yol polisi xidmətinin təşkil olunması, kameralar vasitəsilə onların cəzalandırılması təklifləri də var. Ümumiyyətlə, ekspertlər hesab edir ki, yol hərəkətini qəsdən pozan, ətrafdakılara stress, təhlükə yaradanlara qarşı ağır cərimələr və həbslə müşayiət olunan cəzalar tətbiq olunmalıdır.

Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bəli, bu doğrudur ki, indi bir çox insanlar avtomobilində bıçaq, ”beşbarmaq", beysbol çubuğu, armaturdan hazırlanmış kəsici alətlər gəzdirir və düşünürlər ki, bundan istifadə edib, özlərinin qoruyacaqlar. Halbuki yol avtomobili idarə etmək üçündür, idman zalı, güc nümayiş etdirən məkan deyil. Bəzən yollarda konfliktlər yaranır və onlar məsələni zor gücünə həll etməyə çalışırlar.
Qeyd edim ki, ölkədə, ətrafımızda gizli polis, əməliyyat qrupu var, həmçinin mülki geyimdə digər qurumların əməkdaşları var. Sadəcə, bunu başqa bir formaya salmaq olar ki, ictimai polis və yaxud onların köməkçiləri yaradılsın, onlar hansısa səlahiyyət daşıyıcıları olmalıdır ki, yollardakı intizamsız sürücülərə qarşı tədbir görsünlər. Bəzən görürük ki, yollarda bu cür intizamsızlıq, neqativlik saçan sürücüləri polis saxlayanda başlayırlar “atam xəstədir, anam ölüm ayağındadır, bağışlayın, məni buraxın” və s. Sadəcə, onlara başa salmaq lazımdır ki, nəqliyyatda özünü mədəni apar, başqa insanları narahat etmə, təhlükə saçma.
Əlbəttə ki, belə bir qanun yoxdur ki, polis bir-bir maşınları saxlayıb, onları yoxlasın, bıçaq və digər təhlükəli alətləri aşkarlasın. Amma hansısa digər tədbirlər həyata keçirməyə ehtiyac var. Hesab edirəm ki, əgər bu gün reyd keçirilsə, hər 10 maşının 4-5-dən bu cür alətlər tapılar. Çünki bəziləri məhz onlardan nümunə götürüb, maşınında bu cür alətlər saxlayırlar.
O ki qaldı bu cür şəxslərə qarşı həbs cəzasının verilməsinə, əlbəttə ki, ictimaiyyətdə kimsə digərini təhqir edib, zorakılıq, “qoçuluq” nümayiş etdiribsə, xəsarət yetiribsə, əlbəttə ki, bu, cinayət məsuliyyəti yaradır. Lakin hansısa əşyanı maşında gəzdirməyə gəldikdə, bəli, həmin əşyaların bir çoxu soyuq silah hesab olunur və buna görə də qanunvericilikdə məsuliyyət var.
Yol hərəkətini qəsdən pozan, ətrafdakılara stress, təhlükə yaradanlara qarşı ağır cərimələr və həbslə müşayiət olunan cəzalar tətbiq olunması təklifinə gəldikdə, qanunvericilikdə bununla bağlı cəzalar var. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin yol hərəkət hissəsində düzgün yerləşdirməyən sürücüləri 40 manat cərimə gözləyir. Bu artıq şəhərin artıq bir neçə küçəsinə yerləşdirilən kameralar vasitəsi ilə aşkar olunan xətalardan biridir".
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











