Bakıda “tiryəkxana” təşkil edən 60 nəfər həbs olunub - FOTO - VİDEO

Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib.
Xətai Rayon Polis İdarəsi, ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə paytaxt sakinləri Fəxri Abbasov, Pərviz Rəhimov, Xəyal Hüseynov və Dünyaxanım Bağırzadə saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 8 kiloqram heroin və marixuana aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Həmçinin idarə əməkdaşlarının iyun-iyul aylarında həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə “tiryəkxana” təşkil edən, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 60 nəfər saxlanılıb. Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib.
Narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












