Bakıda uşağın yediyi şirniyyatın içərisindən qayka çıxdı - FOTO

Bakıda şirniyyatın içərisindən metal parçasının çıxdığı iddia olunur.
Bu barədə şikayət Azad İstehlakçılar Birliyindən (AİB) daxil olub.
Birlikdən bildirilib ki, hadisə ilə bağlı Bakı şəhər sakini Ağabala Qurbanov tərəfindən AİB-ə müraciət daxil olub. Belə ki, şikayətçi 6 yaşlı nəvəsinin yediyi "pryanik"in içərisindən qaykanın çıxdığını bildirib. AİB-dən deyilib ki, sözügedən qida məhsulu fiziki şəxs N.Süleymanova məxsus sexdə istehsal olunub.
Vətəndaş qeyd edib ki, həmin şirniyyat sexi Qida Təhükəsizliyi Agentliyi tərəfindən verilmiş lisenziya ilə fəaliyyət göstərsə də, müəssisədə sanitar-gigiyeniya qaydalarına əməl olunmur.
Məsələ ilə bağlı Bəşir Bünyatov küçəsində fəaliyyət göstərən, N.Süleymanova məxsus şirniyyat sexi ilə əlaqə saxladıq. Sahibkar səhlənkarlıq ola biləcəyini istisna etməyib:
"Biz adətən diqqətli yanaşırıq. İndi dəqiq deyə bilmirik necə olub. Birinci dəfədir belə halla rastlaşırıq".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Azad İstehlakçılar Birliyi tərəfindən təqdim olunmuş şikayət Agentlik tərəfindən qeydə alınıb və araşdırmalara başlanılıb:
“Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.//report
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












