Banner

Tovuzda avtomobil iki qadını vurub

Qəzalar 26 Noyabr 2026 23:09
Tovuzda avtomobil iki qadını vurub
WhatsApp kanalımıza abunə olun

Tovuz rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az apa-ya istinadla xəbər verir ki, hadisə rayonun mərkəzi bazarının yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1983-cü il təvəllüdlü R.Həsənova və 1996-cı il təvəllüdlü J.Həsənovanı vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 60
ŞƏRH YAZ
Ad

E-mail

Şərh