Bakıdan Ağdama dəmir yolu reysi açılacaq - VİDEO

Bakıdan Ağdama birbaşa dəmir yolu reysi açılacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Tikintiyə Nəzarət İdarəsinin rəisi Tural Abbaslı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakıdan Yevlaxa, Yevlaxdan Bərdəyə, Bərdədən isə Ağdama dəmir yolu nəzərdə tutulub. Yol bir xətli olacaq və hazırda elektrikləşməyib. Yolun 10 milyon tona qədər yükdaşıma qabiliyyəti olacaq.
Bölgənin enerji layihəsi də uğurla davam edir.
Eyni zamanda, Ağdamın yaşayış məhəllələri inşa olunur. Bu məhəllələrdə hər cür şərait yaradılacaq.
Ağdam şəhərində inzibati binanın da təməli qoyulub. Onun ümumi ərazisinin 2,12 hektar təşkil edir. İnzibati binanın qarşısında park və meydança inşa olunacaq. Tikiləcək Muğam Mərkəzi isə bir zirzəmi və iki mərtəbədən ibarət olacaq. Burada sinif otaqları, rəqs təlimi otaqları, iclaslar üçün otaqlar, böyük konsertlər üçün zallar olacaq. Açıq havada amfiteatrın inşa olunması nəzərdə tutulub.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












