Bakıdan bu şəhərə aviareyslərin sayı artırıla bilər

Bakı və Praqa arasında aviareyslərin sayı artırıla bilər.
Avtosfer.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) idarə heyətinin sədri Göydəniz Qəhrəmanovla Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüşdə həmçnin Azərbaycan ilə Çexiyanın turizm təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişafı və qarşılıqlı iş birliyinin qurulması məsələləri, Assosiasiyanın fəaliyyəti və üzvləri haqqında məlumat verilib, birgə layihələrin hazılanması, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, tanıtım məqsədli qarşılıqlı infoturların təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı turistlərə viza verilməsi şərtlərinin sadələşdirilməsi, viza verilmə mərkəzlərində sənədlərin qəbulu prosesində yaşanan müəyyən çətinliklərin aradan qaldırılması məsələləri də müzakirə olunub.
Görüş çərçivəsində səfir Milan Sedlaçek, komminikasiya əlaqələrinin qurulması, qarşılıqlı turist cəlb ediliciyinin artırılması və iki tərəfli əməkdaşlığın inkişafı üçün səfirliyin dəstək göstərəcəyini diqqətə çatdırıb.
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ












