Bakıdan daha bir şəhərə uçuşlar başlayır

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Özbəkistan daha bir şəhərinə reyslər yerinə yetirməyə başlayır.
"AZAL"dan Avtosfer.az-a verilən məlumata görə, yanvarın 28-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Ürgənc-Bakı marşrutu üzrə həftədə bir dəfə, şənbə günləri reyslərin yerinə yetirilməsinə başlamağı planlaşdırır.
Qeyd edək ki, Ürgənc AZAL marşrut şəbəkəsində Özbəkistanın dördüncü şəhəri olacaq. Aviaşirkət həmçinin Bakıdan Daşkəndə (bazar ertəsi, çərşənbə, şənbə və bazar günləri), Səmərqəndə (çərşənbə axşamı və cümə günləri) və Fərqanəyə (cümə axşamı) uçuşlar keçirir.
Uçuşların tam cədvəli ilə aviaşirkətin www.azal.az rəsmi saytında tanış olmaq mümkündür. Aviabiletləri “Azərbaycan Hava Yolları”nın saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Azərbaycana və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının saytında, "Giriş qaydaları" bölməsindən əldə edə bilərsiniz.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











