Bakıdan separatçılarla bağlı İrəvana zəng

Avqustun 30-da Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında telefon danışığı olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Bakıdakı ermənilərlə bağlı məsələni müzakirə ediblər.
Buna səbəb kimi ABŞ prezidenti Donald Trampın Vaşinqtonda Nikol Paşinyanla görüşü zamanı səsləndirdiyi fikir olub. Tramp ona müraciət edərək deyib: "Siz deyirsiniz ki, 23 xristian erməni var? Onların buraxılmasını xahiş edəcəyəm. Düşünürəm ki, bunu mənim yerimə edəcəklər".
Erməni KİV iddia edib ki, Bakı qarşı tərəfi separatçılardan imtina etməyə çağırıb və bunun Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə xələl gətirdiyini vurğulayıb.
Bundan sonra məlum olub ki, Ermənistanın indiki hakimiyyəti Bakıdakı ermənilərin azad edilməsi üçün ciddi mübarizə aparmaq niyyətində deyil. (unikal)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












