Bakının “Baksol yolu"nun əsaslı təmiri yekunlaşdı - VİDEO - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki “Baksol yolu” adlanan avtomobil yolunun əsaslı təmirini yekunlaşdırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, 3,2 kilometr uzunluğa malik sözügedən yolda aparılmış təmir işləri çərçivəsində yol boyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri aparılıb, yeni səki daşları düzülüb və köhnə asfalt örtüyü frezlənib, yeni asfalt-beton örtüyü döşənib, piyada səkiləri inşa edilib. Bundan başqa yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.
Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,1 kilometr, ötən il isə 15,4 kilometr olan küçə və yol təmir edilib.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO














