Bakının bitməyən tıxac problemi: Səbəb nədir?

İsti yay günlərində saatlarla tıxaclarda qalmaq həm sürücülərin, həm ictimai nəqliyyatdan istifadə edənlərin əsəblərini tarama çəkir. Əvvəllər yay fəslində tıxaclar az olsa da, son illər isə bunu demək olmur.
Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Trend-ə bildirib ki, Bakı 2004-cü ilə qədər çeşidli nəqliyyat növləri olan şəhər idi.
"Paytaxt tamam fərqli küçə şəbəkəsinə sahib idi. Amma son illər görülmüş işlər fərdi nəqliyyatın sayını artırıb. Xüsusilə də pandemiyada bu daha kəskin forma aldı. İctimai nəqliyyatın istənilən səviyyədə olmaması da bugünki tıxacların əsas səbəblərindəndir. Taksiylə, parklanma ilə bağlı və sürətə görə verilən qərarlar yaxşıdır. Lakin çatışmayan elementi də var. Belə ki, ictimai nəqliyyatın üstünlüyünü təşkil edən birinci zolaq şəbəkəsinin olması və ona sərt nəzarət həmçinin həmin cərimələrdə ictimai nəqliyyatın zolağına girənlərin də cərimələnməsi 40 manatdan çox olmalıdır. Həmçinin səki infrsatrukturlarımız yəni bir kilometr məsafədə piyada da hərəkət etmək olar. Lakin bariyerlər var. Səkilərin bariyerləri aradan qaldırılmalıdır. Mövcud küçə, yol sahəsində səmərəli istifadə etməklə mikromobillik vasitələri üçün şərait yaradılmalıdır. Bu da qısa məsafədə hərəkət etmək üçün şərait yaratmış olacaq. Və ümumi şəhərimizdə yaşıllıqların artırılmasına ehtiyac var. Çünki Bakıda asfalt səhralarının təsiri olaraq ümumi temperaturun artmasını da müşahidə edirik. Bu da yekunda yaşayış keyfiyyətinin düşməsinə səbəb olur. Mobilliyin təmin olunması üçün ictimai nəqliyyatın çeşidli növlərinin inkişafı, üstünlüyü mütləqdir. Vahid biletin və daşıyıcılarnan bağlanmış müqavilələrin uzunmüddətli olması və brutto xərc müqaviləsinə keçilməsi mütləqdir. Bunlar hamısı yekunda ictimai nəqliyyatla hərəkət edənlərin sayına ciddi təsir edəcək və insanların daha rahat hərəkət etməsiylə nəticələnəcək."
Ekspert qeyd edib ki, meqapolislərdə tıxac olur. Əsas məsələ odur ki, daha çox sərnişin daşıyan növlər nə səviyyədədir.
"Hərəkət edənlər üçün çeşidli növlər olmalıdır. Hamı bir növ nəqliyyat vasitəsinə yüklənməməli, digərinə keçid rahat olmalıdır. Bu həm iqtisadi cəhətdən sərf eləsin, həm də sürət cəhətdən alternativ tanımasın. Biz ictimai nəqliyyata ciddi investisiya etməsək, mövcud olanların ilkin mərhələdə üstünlüyünü təmin etməsək dəyişən heç nə olmayacaq və tıxaclar artacaq. Tələb təklifi üstələdiyindən insanlar qeyri-qanuni daşımalar yönəlir. Bunu metro yanlarında şahidi oluruq. Pandemiya zamanında da aqreqator şirkətlərin çoxalması ictimai nəqliyyatın qənaətbəxş olmamasıdır”, - deyə o, qeyd edib.
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











