Bakının mərkəzi küçəsində piyada zolağı problemi: Qurumlar nə deyir? - FOTO

Nəsimi rayonunda Azadlıq prospektinin Füzuli və Dilarə Əliyeva küçələri arasında olan hissəsində hazırda aparılan təmir işləri çərçivəsində ərazidə daha bir piyada zolağının yaradılması təklif edilib.
Bu barədə son günlərdə sosial şəbəkələrdə geniş müzakirələr aparılır.
Zolağın artırılmasına ciddi ehtiyacın olduğu onunla izah edilir ki, həm yolda nəqliyyat vasitələrinin hərəkəti intensiv və sürətlidir, həm də burada piyadaların da sayı kifayət qədər çoxdur. Ərazidə ali təhsil müəssisəsi, iaşə obyektləri və mağazalar, idarə və ofislər var. Bu səbəbdən də yoldan istifadə edən piyadaların təhlükəsizliyi məsələsi günü-gündən qabarmaqdadır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, təmirdən əvvəl bu yolun 130 metrlik hissəsində üç yerdə piyada zolağı olub ki, onların hər biri bərpa edilib. Əgər burada daha çox piyada zolağına ehtiyac varsa, bununla bağlı aidiyyəti qurumlar layihə təqdim etməlidir. Yeni piyada zolağının çəklişi bizim səlahiyyətimizə aid deyil”.
Məsələ barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, qeyd olunan ərazi ilə bağlı aidiyyəti qurumlardan müvafiq təkliflər daxil olduqdan sonra həmin ərazidə həm piyadaların rahat və təhlükəsiz hərəkətləri üçün, həm də nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmayacaq şəkildə hansısa tədbirlər görülə bilər: “Bu istiqamətdə işlər aparılır və ən qısa müddətə müvafiq rəy veriləcək”. (oxu.az)
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO










