Bakının mərkəzində fəaliyyətsiz muzey - FOTO

28 may metro stansiyasından istifadə edənlər yəqin bu tarixi binanı görüb. Şüşə qapının üzərində Bakı Dəmir Yol Muzeyi yazılıb və iş saatları da göstərilib.
Azərbaycan Dəmir Yollarının saytında olan məlumata görə, muzey 9 noyabr 2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə açılıb.
Sonradan araya pandemiya düşdü və belə söhbət vardı ki, muzey pandemiyadan sonra açılacaq. Pandemiya artıq geridə qalsa da, açılışdan söhbət getmir. Bu muzeylə bağlı KİV-də üst-üstə 5 xəbər ancaq tapmaq olar.
İndi burada 1 məqamı ayırd edə bilmədim: bura ictimaiyyətə qapalı muzeydir, yoxsa açıq?
Dünyanın hər yerində ictimaiyyətə qapalı muzeylər mövcuddur və bu da heç kimdə təəccüb doğurmur. Lakin belə muzeylərdə bir qayda olaraq binanın üzərində müvafiq məlumat yerləşdirilir. Ya da ümumiyyətlə binanın üzərində heç bir məlumat olmur.
Əgər iş saatları göstərilibsə (10.00-18.30) deməli, ictiamiyyətə qapalılıqdan söhbət gedə bilməz. Bəs onda turizm mövsümünün qızğın vaxtında, şəhərin əlçatan yerində qərar tutan muzeyin qapılarının bağlı olmasına səbəb nədir?
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













