Bakının mərkəzində yolun təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

Bakının alternativi olmayan əsas prospektlərindən birində təmir işləri aparılır. Düzdür, yol nəqliyyatın hərəkətinə tam bağlanmayıb, amma görülən işlər günün istənilən vaxtı bu prospektdə hərəkəti filic edib. İndi bütün sürücüləri maraqlandıran sual budur: yol nə vaxt istifadəyə veriləcək?
Dənizkənarı bulvarın qarşısında, Neftçilər prospektində təmir işi görülür.
Bir neçə gündür prospektə ağır texnikalar və canlı qüvvə cəlb edilib. Təmir işi yolun bir istiqamətində görülür və burada da təhlükəsizlik lenti çəkilib, bir zolaq isə yalnız nəqliyyata açıqdır.
Təmir-tikinti işini Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə özəl şirkətlərdən biri aparır.
İş icraçıları deyiblər ki, prospekt boyu asfalt qaşınmayacaq. Əvvəldən baxış keçirilib və hansı hissələrdə asflt qatı yararsızdırsa orada təmir aparılmasına qərar verilib.
Sürücülər isə təmirin aparılmasını müsbət qarşılasalar da, tıxacın yaranmasından narazıdırlar.
İşi icraçıları tərəfindən o da bildirilib ki, təmir işi 28 May küçəsindən bulvar ərazisinə qədər olan küçələri əhatə edir. Hava şəraiti əlverişli olarsa təmir may ayında yekunlaşacaq.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












