Bakının “yolkəsənlər”i: Səkini meyvə-tərəvəz satanlar, piyada keçidini taksilər zəbt ediblər - FOTO

Bakının Yasamal rayonundakı Yeni Yasamal yaşayış massivində sakinlərin səki və piyada keçidi ilə hərəkəti mümkünsüz hal alıb.
Bu barədə oxu.az-ın redaksiyasına müraciət edən sakinlər məlumat veriblər. Onlar qeyd ediblər ki, piyadaların hərəkəti üçün maneələr daha çox Dadaş Bünyadzadə küçəsindədir. Belə ki, küçənin piyadalar üçün nəzərdə tutulmuş səkisi meyvə-tərəvəz satışı ilə məşğul olan alverçilər tərəfindən tamamilə zəbt olunub:
“Ərazidə antisanitariya şəraiti hökm sürür, yararsız, çürük meyvə və tərəvəzlərin tullantısı, satıcıların bir-biri ilə tez-tez mübahisə etməsi sakinləri təngə gətirib. Xüsusilə piyadaların həmin ərazilərdən rahat və təhlükəsiz keçə bilməməsi, buna görə də məcburən avtomobil yoluna çıxması təhlükə və narazılıq yaradır. Valideynlər uşaq arabası ilə, məhdudiyyətli şəxslər əlil arabası ilə sözügedən hissədən keçə bilmirlər”.
Sakinlər onu da bildiriblər ki, Dadaş Bünyadzadə küçəsinin Əsəd Əhmədov küçəsi ilə kəsişməsində də piyadaların yolu keçməsi müşkülə çevrilib. Buna səbəb oradakı yerüstü piyada keçidinin üzərində taksilərin dayanmasıdır:
“Taksi fəaliyyəti ilə məşğul olan sürücülərə dəfələrlə irad bildirmişik. Amma sakinlərin narazılığını heç vaxt diqqətə almayıblar”.
Sakinlərin redaksiyamıza göndərdiyi fotoları təqdim edirik:
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











