Bu aviaşirkət uşuşları qəfil dayandırdı: Bakıya birbaşa uçuşları da var

“Air Moldova” şirkəti qeyri-müəyyən müddətə uçuşları və bilet satışlarını dayandırıb.
Bu barədə operatorun “Facebook” səhifəsində məlumat verilib.
Qərar aviaşirkətin iflasa uğramaması üçün sürətləndirilmiş restrukturizasiyanın elanı ilə əlaqədar qəbul edilib. Qeyd olunur ki, fəaliyyətin bərpası məhkəmə qərarından sonra 3 gün ərzində mümkün olacaq.
Xəbərdə dəqiqləşdirilib ki, məhkəmə sürətləndirilmiş restrukturizasiya tələbini qəbul edərsə, şirkət uçuşları və bilet satışını bərpa edə biləcək. İnvestorlar 50 milyon dollar (85 milyon manat) sərmayə qoymağa hazırdırlar - bu, maliyyə problemlərinin həllinə kömək edəcək.
Xatırladaq ki, martın 28-dən Bakı və Moldovanın paytaxtı arasında birbaşa aviareys açılıb. Kişineudan Bakıya çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətə isə çərşənbə, cümə və bazar günləri üçün reyslər həyata keçirilib.
Lakin “Air Moldova” son bir ay ərzində bir neçə dəfə Bakı da daxil olmaqla Bolonya, Varşava, Düsseldorf, Praqa, Roma, İstanbul, Tbilisi və digər şəhərlərə onlarla reysi ləğv edib. Şirkət bunun səbəbləri barədə açıqlama verməyib. Amma ötən ilin noyabrında Moldovanın Mülki Aviasiya İdarəsi bildirib ki, “Air Moldova” qeyri-sabit maliyyə vəziyyətindədir, bu da onun satılan biletlər üzrə öhdəliklərini yerinə yetirməsinə mane ola bilər.
oxu.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












