Bakıya gələn cütlükdə külli miqdarda pul tapıldı

Rusiyanın Tümen şəhərində gömrükçülər ölkədən külli miqdarda bəyan edilməmiş valyutanın çıxarılması halının qarşısını alıb.
Avtosfer.az “RBK” portalına istinadən xəbər verir ki, Surqut hava limanında Bakıya səyahət edən evli cütlüyün üzərində rubl və Azərbaycan manatı ilə ümumilikdə təqribən 32 000 manat həcmində nağd vəsaitlər aşkar edilib.
Bildirilib ki, cütlük ilk olaraq üzərlərində bəyan edilməli olan hər hansı məhsul və pul vəsaitləri olmadığını iddia edib. Lakin onların əl yükü və baqajı yoxlanıldıqda külli miqdarda nağd pul aşkar edilib.
Ailəyə qarşı inzibati iş açılıb və vəsaitlərin bir hissəsi götürülüb.
Tümen gömrük xidmətinin rəisi vəzifəsini icra edən Aleksey Timanovskinin sözlərinə görə, bir sərnişin üzərində əvvəlcədən bəyan etmədən maksimum 10 min dollar vəsait daşıya bilər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













