Bakubus avtobuslarına qarajda xidmət olunurmu? - FOTO

Bu sual bəlkə də qəribə gələ bilər, amma bazar günü rastlaşdığım hadisə bu sualı verməyə vadar etdi.
Bazar günü şəhərin mərkəzindən Lökbatan qəsəbəsinə qayıdarkən rast gəldiyim hal məndə belə təəssürat yaratdı. Şəhərdə mindiyim 130 saylı marşrut üzrə hərəkət edən 99 JU 337 nömrəli avtobus Lökbata çatarkən nasazlıq yaradndı. Məlum oldu ki, avtobusun soyuducu maye şlanqı (qol boru) partlayıb və antifriz dağılıb. Necə deyərlər, yeganə hal olsa təsadüf demək olar. Taksi ilə gedəcəyim ünvana çatdıqda oxşar hadisənin təkrarını 130 saylı avtobusun son dayanacağında da şahidi oldum. Burda çilingərlər antifrizi axmış avtobusu təmir edildilər.
15 dəqiqə fərqlə 2 oxşar hala rast gəldikdə beynimdə belə bir sual doğdu: Görəsən bu avtobuslara gecə vaxtı qarajda xidmət olunmurmu? Axı təzə avtobusda marşruta çıxdıqdan 3-4 saat sonra nə üçün nasazlıq yaranmalıdır? Həm də hadisə qeyri-iş günündə, heç bir tıxac olmayan ərazidə baş verib. Qızmar yay olsa hardasa bunu başa düşmək olardı. Amma hələ ki, havalar isinməyib.
Avtobusda nasazlıq yaranması daşıyıcı şirkət üçün ikiqat ziyandır. Həm texnika boş dayanaraq gəlir gətirmir, həm də hansısa texnikanı çöl şəraitində təmir etmək daha uzun və baha başa gəlir.
Vüqar Yaşaroğlu
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












