Balakəndə üzərində tapança gəzdirən şəxsdən narkotik götürülüb - FOTO - VİDEO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və üzərində odlu silah gəzdirən şəxslərə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Qullar kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Asluddin Motuxovun üzərində odlu silah gəzdirməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olub.
Keçirilmiş tədbir nəticəsində o, şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı keçmiş məhkumdan “PM” markalı tapança, həmin silaha məxsus sandıqça və patron, eləcə də narkotik vasitə olan marixuana aşkarlanıb. Asluddin Motuxov ifadəsində tapançanı təxminən 2 ay əvvəl balıq ovuna gedərkən çayın kənarından tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Samiddin Quliyev, Fərid Layıcov və Habil Butdayev tutulub.Üzərlərinə keçirilən baxış zamanı onlardan heroin və marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR KARVANI - VİDEO - YENİLƏNİB
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO













