Balıq ovu ilə bağlı qadağa müddəti başa çatdı

Balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisində 1 may 2023-cü il tarixindən balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tətbiq edilmiş qadağa başa çatıb. İdman və həvəskar balıq ovu ilə məşğul olanlar göstərilən tələblərə əməl etməklə 1 iyul tarixindən ov edə bilərlər.
Bu barədə Avtosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən ov alətləri aşağıdakılardır:
- hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov;
- lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar;
- bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan.
Ovlanan balıq və digər su bioresurslarının miqdarına aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
- gün ərzində 10 ədəddən çox olmayan xərçəng;
- gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar;
-balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar (ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna edilir).
Qeyd edək ki, Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanal və onun mənsəbindən hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə qadağa müddəti 15 avqust tarixində bitəcək.
Balıq və digər su bioresurslarının sənaye ovuna tətbiq edilmiş qadağa isə sentyabr ayının 1-dək qüvvədə saxlanılır.
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu










