Baltalı kənd məktəbinin şagirdləri ilə maarifləndirici tədbir keçirildi - FOTO

"Gənclər narkomaniyaya yox deyir", "Yetkinlik yaşına çatmayanlar, sürücülük hüququ olmayanlar tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinin yol verilməzliyi və yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında təhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, növbəti tədbir, 2022-ci il dekabrın 16-da Şəki rayonu, Baltalı kənd tam orta məktəbin yuxarı sinif şagirdləri ilə keçirilib.
Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azər Muradov, şöbənin təşkilati inspektor qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Maqsud Məsimov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyev, Şəki Şəhər İcra Hakimiyyətinin Baltalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rəhman Əhmədov, Baltalı kənd tam orta məktəbin direktoru Namiq İbrahimov, digər polis əməkdaşları, müəllimlər, eləcə də məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Qeyd olunan mövzularla bağlı polis rəisi Azər Muradov və Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyev çıxış edib, məktəbliləri maraqlandıran sualları cavablandırıb. Narkamaniyanın yaratdığı acı fəsatlar barədə videoçarx nümayiş etdirilib. Daha sonra, polis şöbəsinin kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis kapitanı Pərviz Əhmədov çıxış edərək məktəbliləri polis akademiyasına qəbul qaydaları ilə bağlı məlumatlandırıb. Təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.
Tədbirin yekununda, məktəbin drektoru Namiq İbrahimov belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, maarifləndirici tədbirin keçirilməsinə görə, polis rəisi Azər Muradova və əməkdaşlarına məktəb kollektivi adından minnətdarlığını bildirib.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
















