Baş Qərargah rəisi hərbi hissələrin intensiv döyüş hazırlığını yoxlayıb - FOTO

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev hərbi hissələrdə olub, yeni tədris dövründə intensiv döyüş hazırlığı məşğələlərinin gedişini yoxlayıblar.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Baş Qərargah rəisi məşğələlərin təşkili və icrası ilə bağlı komandir heyətinin məruzələrini dinləyib. Bildirilib ki, bölmələrdə döyüş hazırlığı tədbirlərinin keyfiyyətli təşkilinə xüsusi diqqət yetirilir. Müasir döyüşün aparılması üsulları nəzərə alınmaqla plana uyğun keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin fərdi bacarığının və taktiki-xüsusi hazırlığının inkişaf etdirilməsinə yönəldilib.
Müdafiə nazirinin birinci müavini komandir heyətinə məşğələlərin real döyüş şəraitinə uyğun keçirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən bölmələrimiz tərəfindən görülən cavab tədbirlərini yüksək qiymətləndirdiyini qeyd edən Baş Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqinin təmin edilməsi ilə bağlı müdafiə nazirinin göstərişlərini aidiyyəti üzrə çatdırıb.
Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır












