Başı kəsilmiş qadının əri 140 milyon dollar istəyir

ABŞ-ın Yuta Milli Parkında baş verən qəzada ölən qadının əri və ailəsi hökumətdən təzminat olaraq 140 milyon dollar tələb edib.
Avtosfer.az bildirir ki, bu barədə "The New York Post" yazıb.
2020-ci ilin yazında Lüdovik Mişo və həyat yoldaşı Ester Nakadjigo "Arki" Milli Parkında maşınla gəziblər. Cütlük yolda quraşdırılmış metal darvazanın yanından keçən zaman güclü küləkdən darvaza aşıb və ön oturacaqda oturan Esterin başını kəsib.
Ailənin vəkilləri iddia ediblər ki, ABŞ Park Xidmətinin infrastrukturunun saxlanmasına etinasızlıq turistin ölümünə səbəb olub. Qurbanın əri həyat yoldaşının xeyriyyə işləri ilə məşğul olan Uqanda müğənnisi və aktrisası olduğunu bildirib. Onun sözlərinə görə, əgər Nakadjiqo ölməsəydi, o, illik yüz minlərlə və ya milyonlarla dollar gəlir gətirən qeyri-kommersiya təşkilatının baş direktoru olacaqdı. O, həyat yoldaşını itirməkdən kədərini, eləcə də əldən verilmiş fürsətləri 140 milyon dollar dəyərində qiymətləndirib.
Hakimin yaxın həftələrdə qərar verəcəyi gözlənilir.
(milli.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












