Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edildi - FOTO
Xəbərlər
25 Mart 2023 18:40

Venesuelanın hüquq-mühafizə orqanları ölkədə ən fəal şəkildə axtarışda olan cinayətkarlardan biri, “Dovşan” (“Konexo”) ləqəbli Karlos Enrike Qomes Rodrigesi məhv edib. Onun ələ keçirilməsində köməyə görə bir milyon dollar mükafat veriləcəyi elan edilmişdi.
Bu barədə daxili işlər, ədliyyə və sülh naziri Remixio Sebalyos mətbuat konfransında bildirib.
Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, cinayətkar İrapada (Sukre ştatı) tapılıb. O, dəstənin digər üzvləri ilə birlikdə mühafizəçilərə müqavimət göstərməyə çalışıb. Əməliyyat nəticəsində onlardan 36 nəfər saxlanılıb. Mütəşəkkil cinayətkar qrupun qalan üzvlərinin axtarışı davam etdirilir.
Qeyd edək ki, Qomes terror, qətl, qəsb və adam oğurluğu ilə ittiham edilib. (oxu.az)
Oxunub : 1708
DİGƏR XƏBƏRLƏR
22 Sentyabr 2026 20:58
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
22 Sentyabr 2026 19:37
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
22 Sentyabr 2026 18:55
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
21 Sentyabr 2026 22:48
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
21 Sentyabr 2026 19:10
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
21 Sentyabr 2026 15:41
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
20 Sentyabr 2026 19:13
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
20 Sentyabr 2026 16:59
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
20 Sentyabr 2026 15:14
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
20 Sentyabr 2026 10:51
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
20 Sentyabr 2026 10:39
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
18 Sentyabr 2026 22:57
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
ŞƏRH YAZ











