Bayılda sürüşmə zonasındakı ağacları kim qurudub? - FOTO

Paytaxtın Bayıl qəsəbəsindən Badamdara qalxan yolun üst hissəsində - sürüşmə zonasında əkilən ağacların xeyli hissəsi qurudulub.
Bu barədə Bakupost.az-a sakinlər bildiriblər.
Onların sözlərinə görə, hadisə yamacda bərkitmə işləri aparılan zaman baş verib:
“Badamdarda hansısa məmurlara məxsus villaların sürüşməsi təhlükəsi yaranıb. Bu təhlükənin qarşısını almaq məqsədilə həmin villaların sürüşmə sahəsinə aid hissəsinə beton örtüyü çəkilib. Bu işlər görülən zaman ərazidəki ağaclar qurumağa başlayıb. Maraqlıdır ki, digər ərazidəki ağaclar qurumayıb, məhz bərkitmə işləri aparılan ərazidəki şam ağacları quruyub”.
Qeyd edək ki, sakinlərin təqdim etdikləri fotolardan da sürüşmə zonasında əkilən xeyli ağacın quruduğu aydın olur.
Bəs, ərazidə bərkitmə işləri hansı qurum tərəfindən aparılıb? Oradakı şam ağaclarının qurumasının səbəbi nədir?
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxlanılıb.
O, məsələdən məlumatsız olduğunu bildirdi və Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxlamağı tövsiyə edib.
BŞİH-nin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov isə açıqlamasında həmin ərazinin Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xidməti ərazisi olmadığını deyib:
“Həmin yaşıllıq ərazi bizim balansımızda deyil. Ərazi ekologiya idarəsi və ya Səbail Rayon İcra Hakimiyyətinin xidməti ərazisidir”.
Səbail Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, 20-ci sahədən Badamdara gedən yolda görülən işlər Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aparılmayıb.
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO










