Bayram günləri Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək

Ramazan bayramı ilə əlaqədar Bakı metropoliteninin iş rejiminə dəyişiklik ediləcək.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Bakı Metropoliteni” QSC-nin tədbirlər planına əsasən, əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq.
Qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində aprelin 21-də 2,5 dəqiqə, ayın 22-dən 24-dək 3 dəqiqə intervalla tənzimlənəcək. “28 May” stansiyasında Qırmızı və Yaşıl xətlər birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq. Sərnişin axınının tənzimlənməsi məqsədilə zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaqlar.
“Bakmil” istiqamətinə və əks istiqamətdə qatarların hərəkət cədvəli aprelin 21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












