Bayram günlərində dəmir yolu ilə daşınmış sərnişinlərin sayı açıqlandı

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində (18-26 mart) daşıdığı sərnişinlərin sayını açıqlayıb.
Avtosfer.az quruma istinadən xəbər verir ki, həmin günlərdə səhmdar cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Martın 18-də ölkədə ilk dəfə Bakıdan şənbə, Qəbələdən isə bazar günləri hərəkət etməklə Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli qatarlarla sərnişin daşımaya start verilib. Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq marşrut üzrə günaşırı əlavə reyslər təyin olunub və ümumilikdə 1 148 sərnişinə xidmət göstərilib.
Bundan başqa, martın 18-dən gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatı nəzərə alınaraq hər istiqamətə əlavə 16 reys təyin olunub. 18-26 mart tarixlərində müvafiq marşrut üzrə 10 900 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Abşeron dairəvi dəmir yolu üzrə isə bayram günlərində ümumilikdə 64 811 sərnişinə xidmət göstərilib. 2023-cü ilin ilk rübünün statistikasına əsasən, 1 yanvar tarixindən 26 mart tarixinə kimi müvafiq marşrut üzrə 1 330 297 sərnişin daşınıb. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 43% çoxdur.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












