Bayram və qeyri-iş günlərində hava necə olacaq? - PROQNOZ

İyunun 26-da ölkə ərazisində əsasən yağmursuz hava şəraiti gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, lakin 27-30-dək əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilsə də, əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək.
Temperatur rejiminin ölkə üzrə paylanması
Respublika üzrə ən yüksək temperatur Mərkəzi Aran, Qazax-Gəncə bölgəsində, Naxçıvan Muxtar Respublikasında 30-35° isti olacağı gözlənilir.
Nisbətən mülayim hava Balakən-Şəki, Şamaxı-İsmayıllı-Qəbələ rayonlarında 27-32° isti olacaq.
Daha sərin hava şəraitini sevən insanları cəlb edəcək Daşkəsən-Gədəbəy-Göygöl, Lerik-Yardımlı, Lənkəran-Astara, Quba-Qusarda 23-28°-dək isti olacaq.
Ayrı-ayrı bölgələr üzrə isə aşağıdakı məlumatlar təqdim olunur.
Balakən-Şəki rayonlarında hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. Lakin 27-29-da əsasən gündüz saatlarında qəsamüddətli yağış yağacağı ehtimalı var.
Quba-Xaçmaz rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 27-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir.
Şamaxı-İsmayıllı-Qəbələ rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 28-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var.
Qazax-Gəncə rayonlarında iyunun 26-da əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, 27-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir.
Daşkəsən-Gədəbəy-Göygöl rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var.
Lənkəran-Astara rayonlarında hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək.
Lerik-Yardımlı rayonlarında hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək. Lakin 28-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var.
Mərkəzi Aran rayonlarında yağmursuz hava şəraiti gözlənilir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi 28-də arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











