Bayramda rayona gedənlərin nəzərinə - Gediş haqqı bahalaşacaq

Novruz bayramında paytaxt əhalisinin əksəriyyəti rayonlara üz tutur. Avtovağzalda bilet tapa bilməyən sərnişinlər taksiylə getməyə məcbur olurlar. Adətən bayram ərəfəsində və bayram günlərində bölgələrə taksiylə sərnişin daşınmasında qiymət artımı müşahidə edilir.
Bəs bu il Novruz bayramında rayonlara gedən taksilərdə qiymət artımı olacaq?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hər il Novruz bayramı ərəfəsində taksilərdə qiymət artımı müşahidə edilir:
“Bu il də artma ehtimalı çoxdur. Xüsusilə bayram dövründə tələbin artması ilə əlaqədar olaraq, bəzi sürücülər bundan sui-istifadə edirlər. Bu da sərnişinlər və sürücülər arasında narazılığa səbəb olur.
Avtovağazalların bilet qiymətləri isə nisbətən normaldır. Həmçinin onlayn olaraq bilet almaq imkanı da mövcuddur. Bu üsul həm sürücülərdən, həm də taksi qiymətlərindən təsirlənmədən rahat şəkildə səyahət etməyə imkan verir”.
Ekspert qeyd edib ki, taksi qiymətləri ilə bağlı problem ciddi bir boşluqdan qaynaqlanır.
“Taksi sürücüləri əsasən qiymət məsələlərində sərbəst fəaliyyət göstərirlər və buna nəzarət olmur. Xüsusən rayonlar arası fəaliyyət göstərən taksilərdə qiymətlərin sərbəst müəyyənləşdirilməsi bu sahədə tənzimləmənin olmadığını göstərir.
Qanunvericilikdə bu məsələyə dair boşluq olduğu üçün, qiymət artımlarının qarşısını almaq və bu problemlə effektiv şəkildə mübarizə aparmaq çətindir. Bu səbəbdən, bayram günlərində və ya istirahət günlərində taksi qiymətləri artır. Bu da narazılığa səbəb olur”, - deyə E.Muradlı fikirlərini yekunlaşdırıb.(metbuat.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












