Belçikada itkin düşən Azərbaycan vətəndaşı tapıldı - FOTO

Belçikada itkin düşən Azərbaycan vətəndaşı Nizami Məmmədovun yeri müəyyən edilib.
Bu barədə Azərbaycanın Belçikadakı Səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Nizami İbrahim oğlu Məmmədovun qohumları tərəfindən onun Belçikanın Brüssel şəhərində olduğu və yardıma ehtiyac duyduğu barədə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinə məlumat daxil olub.
"Bununla bağlı səfirlik tərəfindən N.Məmmədov ilə telefonla dərhal əlaqə saxlanılıb, may ayının 6-da onunla səfirlikdə görüş keçirilib, ona müvafiq dəstək göstərilib. Onun davranışı və danışıq tərzi onu deməyə əsas verib ki, həmin vaxtı o, psixoloji cəhətdən əsəbi və həyəcanlı idi. Söhbət zamanı N.Məmmədov səfirlik əməkdaşlarına bildirib ki, o, qohumlarının yanına, Azərbaycana qayıtmaq istəmir" səfirliyin məlumatında deyilir. (apa)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












