Bərdə-Ağdam dəmir yolunun tikintisinin nə vaxt başa çatacağı açıqlanıb

2023-cü ilin sonlarınadək Bərdə-Ağdam dəmir yolunun tikintisinin bitməsi planlaşdırılır.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin idarəetmə heyətinin sədri Nazim Talıbov Cəbrayıl, Zəngilan rayonlarında və Şuşa şəhərinin Daşaltı kəndindəki mədəni, tarixi və dini abidələrə baxış məqsədilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin işçi qrupunun iclasında deyib.
Onun sözlərinə görə, yolun uzunluğu 57,6 km təşkil edir.
"Bu dəmir yolunda Bərdə, Köçərli, Təzəkənd və Ağdam olmaqla, dörd stansiyanın tikiləcəyi gözlənilir. Bundan başqa, Bərdə-Ağdam dəmir yolunun layihələndirilməsi 90 faiz tamamlanıb, stansiyanın tikintisinə isə bu ilin ortalarından başlamağı planlaşdırırıq", - o əlavə edib.
Trend
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












