Bərdə hadisəsi Ermənistanın tarix boyu gerçəkləşdirdiyi terror siyasətindən əl çəkmədiyini göstərir - Tarixçi

Bərdə şəhərində 27-28 oktyabr 2020-ci il tarixində - 20 saat ərzində iki terror aktının törədilməsi və mülkü əhalinin, o cümlədən uşaqların həlak olması faktı Ermənistanın tarix boyu gerçəkləşdirdiyi terror siyasətindən əl çəkmədiyini göstərir.
Bunu AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri Bayram Quliyev deyib. Onun sözlərinə görə, bütün bu terror hadisələrinin başında Ermənistanın baş naziri Nikol Paşinyan dayanır:
"Sadəcə, bir faktı qeyd edim: Türk televizyalarından biri övladı öldürülmüş atadan müsahibə alır, atanın dili söz tutmur, lakin bu cümlələri işlədir - “Qızımın bağırsaqlarını əlimlə yığdım". Dünyanın harasında belə bir vəhşiliyə rast gəlmək olar?! Bunu edən Ermənistanın hazırkı baş naziri Nikol Paşinyndır".
B.Quliyev əlavə edib ki, ermənilərin uşaqlara qarşı terror həyata keçirməsi onların 1828-ci il Türkmənçay anlaşması əsasında Qarabağa kütləvi köçürülməsindən çağdaş dönəmimizə qədər olub və bu, indi də olur. Əgər tədbirlər görülməsə, bu, belə davam edəcək. 1905-1906-cı il erməni vəhşiliyini təsvir edən Mir Möhsün Nəvvab yazırdı: “Xaspolad adlı bir müsəlmanın başına Şuşa qalasının yaxınlığındakı un dəyirmanına gələn erməni quldur dəstəsi böyük bir faciə törətdi. Quldurlar əvvəlcə kişini vurub öldürdülər. Qucağında dörd aylıq körpəsi olan qadın erməni cəlladlarına yalvardı ki, onu öldürsünlər, lakin körpə uşağına toxunmasınlar. İki erməni bələyi açıb uşağı iki ayağından dartaraq parça - parça etdi və iki yerə bölünmüş uşağı ananın üstünə atdı. Bu vəhşiliyə dözməyən ana huşunu itirdi".
Tarixçi deyib ki, ermənilərin bu terroru 1918-ci il Mart soyqırımı, eləcə də 1992-cü ilin fevralında Xocalıdakı soyqırımı zamanı davam etdirilib. Bu soyqırımılar zamanı yüzlərlə uşaq qətl edilmişdir: "Xocalıda beş aylıq körpə süngüyə keçirilmiş, bir neçə uşaq bir boruya doldurulmuş və borunun hər iki tərəfi qaynaqla bağlanılaraq uşaqlar öldürülmüş, ana bətnindəki uşaqlar bıçaqlanaraq ananın bətnindən çıxarılmış və ana ilə uşaq həlak olmuşdur. Bu proses indi də davam edir və uşaq terrorunu indi baş nazir Nikol Paşinyan gerçəkləşdirir. 27 sentyabrdan indiyədək Gəncə və Bərdə rayonları daxil olmaqla bir çox rayonlarda uşaq terrorizmi həyata keçiriblər".
Alim bildirib ki, Xocalı faciəsi zamanı kar, kor və lal olan dünya mətbuatı eyni münasibəti yenə də sərgiləyir: "Dünyanın ATƏT və BMT kimi təşkilatları proseslərə heç bir reaksiya vermədilər. UNİCEF isə Bərdəni Dağlıq Qarabağ ərazisi kimi göstərdi, uşaqların kim tərəfindən öldürüldüyünü vurğulamadı. Eyni münasibəti BBC və ƏL-CƏZİRƏ kanalları da göstərdi. ƏL-CƏZİRƏ uşaqların Dağlıq Qarabağda öldürüldüyünü vurğulayaraq zərər çəkmiş tərəf ilə zərərverən tərəfi göstərməməklə guya “obyektivlik” nümayiş etdirdi. Dünyada bütün bunları bilərəkdən görməyənlər hadisəyə yeni don geydirməklə “guya ki, hər iki tərəfdən sivil insanların ölməsi” faktının olmağına özlərini inandırmağa çalışırlar. Heç şübhəsiz ki, onlar da bütün gerçəkləri bilirlər, lakin bilmirmiş kimi davranırlar.
Ona görə də Azərbaycan bizə əks mövqedə dayanan ölkələr ilə münasibətlərinə yenidən baxmalıdır".
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO










