Bərdədə 20 narkotacir saxlanıldı - FOTOLAR

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə rayon sakinləri Abdullayev Fikrət Qüdrət oğlu; Məhərrəmov Kamil Zülfüqar oğlu; Əliyev Saqi Cavid oğlu; Bərdə rayonu Cəyirli kənd sakini İsmayılov Tariyel Tahir oğlu; Bərdə rayonu Gərənə kənd sakini Muradov Ruslan Məhəmməd oğlu; Əzimov Ramal Vahid oğlu və Bərdə rayon Lənbəran kənd sakini Mamedov Qurban Ramiz oğlu saxlanılmış,həmin şəxslərin üzərilərinə və yaşadığı evlərinə baxış zamanı ümumilikdə çəkisi 4 kq yaxın narkotik vasitə olan qurudulmuş marixuana və külli miqdarda narkotik vasitə olan heroin və metamfetamin, psixotrop maddə hesab olunan metadon və tramadol həbləri aşkar olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Həyata keçirilən tədbir nəticəsində saxlanılmış şəxslər barəsində həbs qətimkan tədbiri seçilərək Bərdə RPŞ-də araşdırma aparılır. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində hayata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son 1 ay ərzində 20 nəfərdən artıq şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib və həmin şəxslərdən ümumilikdə 4 kq-dan artıq narkotik vasitə olan qurudulmuş marixuana, 3 kq-dan artıq heroin və digər psixotrop tərkibli dərman həbləri aşkar olunaraq dövriyyədən çıxarılıb.
Bərdə RPŞ əməkdaşlarının narkotiklərlə mübarizə istiqamətində tədbirləri davam etdirilir.



Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












