Bərdədə evdən 5 min manatlıq oğurluq edən şəxs tutulub - FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fərdi yaşayış evindən qızıl-zinət əşyaları və nəğd pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Çəmənli kəndində yerləşən fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Zahid Sədiyev saxlanılıb. Araşdırmalarla onun 3960 manat dəyərində qızıl-zinət əşyaları və 1000 manat nəğd pul oğurladığı müəyyən olunub.
Z.Sədiyev dindirilərkən ələ keçirdiyi məbləği Bakı şəhərində öz əyləncəsinə xərclədiyini etiraf edib.
Onun barəsində Bərdə RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Foto
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO













