Bərdədə pendir istehsalı müəssisəsində uyğunsuzluq aşkarlanıb - FOTO
Xəbərlər
27 Avqust 2025 21:27

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Mollalı kəndində Vüsal Vəli oğlu Mehdiyevə məxsus pendir istehsalı müəssisəsində yoxlama aparıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, qablaşdırma və istehsalın eyni sahədə həyata keçirildiyi məlum olub. Həmçinin götürülmüş yaxma nümunələrinin laborator müayinəsi nəticəsində işçinin əlində, mayalanma vannasında və istifadə olunan alətdə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Oxunub : 1022
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
11 Noyabr 2026 22:45
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
11 Noyabr 2026 19:57
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
ŞƏRH YAZ

















