Beyləqanda 49 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB

Beyləqanda baş vermiş qətllə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
Belə ki, dekabrın 23-də Beyləqan rayonu ərazisində 1973-cü il təvəllüdlü Kamil Fərzəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1978-ci il təvəllüdlü Rafiq Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarəti yetirərək Kamil Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rafiq Əliyev şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.
***
Dekabrın 23-də saat 16:10 radələrində Beyləqan rayonunda 1973-cü il təvəllüdlü Kamil Fərzəliyevin bıçaqla öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, Beyləqan RPŞ əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rafiq Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












