Beynəlxalq yükdaşımalarda icazələrin sayı 2 dəfə artırılıb - FOTO

Aprelin 23-24-də Bakıda Azərbaycanla Latviya arasında beynəlxalq avtomobil daşımaları sahəsində Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
AYNA-dan Avtosfer.az-a verilən xəbərə görə, tədbirdə iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının cari vəziyyəti, daşımalardakı problemlər və onların həlli yolları müzakirə edilib. Hər iki ölkə daşıyıcılarının beynəlxalq yükdaşımalarında iştirakının artırılması məqsədilə ikitərəfli əsasda mübadilə edilən “İcazə” blanklarının illik kvotasının 2 dəfə artırılması barədə razılıq əldə olunub. Həmçinin müxtəlif növ daşımaların daha çevik həyata keçirilməsinə şərait yaradılması məqsədilə yeni növ ikitərəfli/tranzit/3-cü ölkəyə/ölkədən “İcazə” blankı mövcud icazələrin siyahısına daxil edilib. Beləliklə, Latviya ilə 1000 ədəd ikitərəfli/tranzit və 300 ədəd ikitərəfli/tranzit/3-cü ölkəyə/ölkədən “İcazə” blanklarının mübadilə edilməsi razılaşdırılıb.
Eyni zamanda, Azərbaycan, Türkiyə və Özbəkistan arasında uğurla tətbiq olunan “İcazə” blanklarının elektron qaydada mübadiləsinə və verilməsinə imkan verən “e-Permit” sistemi nümayəndə heyətinə təqdim olunub. Latviya ilə də “İcazə” blanklarının yaxın gələcəkdə elektron şəkildə mübadilə edilməsi istəyi məmnunluqla ifadə edilib.
Bununla yanaşı, Latviya nümayəndə heyəti AYNA-nın Sürücü Təlim Mərkəzində sürücülərin nəzəri və praktiki hazırlıq prosesi ilə tanış olub.
Aprelin 23-24-də Bakıda Azərbaycanla Latviya arasında beynəlxalq avtomobil daşımaları sahəsində Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Tədbirdə iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının cari vəziyyəti, daşımalardakı problemlər və onların həlli yolları müzakirə edilib. Hər iki ölkə daşıyıcılarının beynəlxalq yükdaşımalarında iştirakının artırılması məqsədilə ikitərəfli əsasda mübadilə edilən “İcazə” blanklarının illik kvotasının 2 dəfə artırılması barədə razılıq əldə olunub. Həmçinin müxtəlif növ daşımaların daha çevik həyata keçirilməsinə şərait yaradılması məqsədilə yeni növ ikitərəfli/tranzit/3-cü ölkəyə/ölkədən “İcazə” blankı mövcud icazələrin siyahısına daxil edilib. Beləliklə, Latviya ilə 1000 ədəd ikitərəfli/tranzit və 300 ədəd ikitərəfli/tranzit/3-cü ölkəyə/ölkədən “İcazə” blanklarının mübadilə edilməsi razılaşdırılıb.
Eyni zamanda, Azərbaycan, Türkiyə və Özbəkistan arasında uğurla tətbiq olunan “İcazə” blanklarının elektron qaydada mübadiləsinə və verilməsinə imkan verən “e-Permit” sistemi nümayəndə heyətinə təqdim olunub. Latviya ilə də “İcazə” blanklarının yaxın gələcəkdə elektron şəkildə mübadilə edilməsi istəyi məmnunluqla ifadə edilib.
Bununla yanaşı, Latviya nümayəndə heyəti AYNA-nın Sürücü Təlim Mərkəzində sürücülərin nəzəri və praktiki hazırlıq prosesi ilə tanış olub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












