Beynəlxalq yükdaşmalardakı nəqliyyat vasitələrinin sayı açıqlandı

2024-cü ildə Azərbaycanın beynəlxalq yükdaşmalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 14 minə yaxın olub.
Avtosfer.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yükdaşıma departamentinin rəhbəri Sübhan Abilov “Azərbaycan – transkontinental meqa marşrutların “Şərq-Qərb” və “Şimal-Cənub” kəsişmə nöqtəsində” mövzusunda keçirilən tədbirdə bildirib.
"Azərbaycanın 2021-ci ildə beynəlxalq yükdaşmalarda iştirak edən yük nəqliyyat vasitələrinin sayı 3 400 idi. 2024-cü ilin sonunda bu rəqəm 13 790-a çatdırılıb. Bu, sahəyə investorlar cəlb olunması, icazələrə əlçatanlığın artırılması, prosesin şəffaflaşdırılması nəticəsində mümkün olub. Beləliklə, avtomobil nəqliyyatı sektorunda aparılan islahatlar çox ciddi nəticələr verib və bu sahənin inkişafı davam etdirilir. Şirkət sayına gəlincə, ötən ilin sonunda hüquqi şəxslərin sayı 355, fiziki şəxslərin sayı isə 1 755 təşkil edib", - o vurğulayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












