Biləsuvar sakinindən 13 kq-a yaxın narkotik götürülüb - VİDEO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən şəxs saxlanılıb. Ondan 13 kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə və güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq götürülüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri zamanı Nicat Babayev Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndi ərazisində saxlanılıb.
Ona məxsus idman çantasına keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə 7 kiloqrama yaxın heroin, 5 kiloqram 200 qram həşiş qətranı, 500 qram marixuana, 390 qrama yaxın metamfetamin və 230 ədəd metadon həbi aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, N.Babayev həmin narkotik vasitələrin satışını təşkil etməliymiş.
Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 11 nəfər saxlanılıb. Onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











