Biləsuvarda avtomobildə külli miqdarda narkotik aşkarlanıb - FOTO

Biləsuvarda "VAZ" markalı avtomobildə külli miqdarda narkotik aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Gəncə şəhər sakini Amid Bayramov saxlanılıb. Onun sərnişin kimi əyləşdiyi “VAZ” markalı avtomobilə baxış zamanı Amid Bayramova məxsus 18 kiloqram, o cümlədən 4 kiloqram heroin, 9 kiloqramdan artıq metamfetamin, 5 kiloqrama yaxın tiryək və 109 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı A. Bayramovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə narkotiklərin satışını təşkil etdiyi müəyyən edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə paytaxt sakinləri Məhəmməd Quliyev və Sübhan Rzayev Biləsuvar rayonu ərazisində saxlanılıblar. Axtarış zamanı onlardan 3 kiloqramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilib.
Digər bir əməliyyat tədbiri nəticəsində saxlanılan Biləsuvar rayon sakini Camal Rəhimovun üzərindən külli miqdada heroin, metadon həbi, yaşadığı evin həyətindən isə çətənə kolları aşkarlanaraq götürülüb.
Ümumilikdə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son 20 gün ərzində həyata keçirdikləri əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 43 nəfər saxlanılıb, həmin şəxslərdən 25 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO











