Biləsuvarda marşrut mikroavtobusları qəzalı vəziyyətdədir

Biləsuvarda marşrut mikroavtobusları qəzalı vəziyyətdədir.
Bu barədə "Report"un Muğan bürosuna rayon sakinləri məlumat verib.
Sakinlər bildirib ki, istifadə etdikləri avtobus və mikroavtobuslar artıq köhnəlib:
"Əsasən rayon mərkəzindən kəndlərə sərnişin arasında işləyən marşrut xəttlərindəki mikroavtobuslar qəzalı vəziyyətdədir. Demək olar ki, çoxu istfadəyə yararsızdır. Yayda istidən, qışdada soyuqdan nəqliyyat vasitəsində oturmaq olmur. Bəzən küləkli havada avtomobilin dır-deşiyindən içəri toz-torpaq dolur. Nəfəs belə almaq olmur. Biz xahiş edirik ki, müasir kondisionerli mikroavtobuslarla təmin olunanaq. Mikroavtobuslar köhnə olduğu üçün 15-20 dəqiqəlik yolu, yarımsaata gedirik".
Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyat Müvəttişliyinin Lənkəran Regional Şöbəsindən bildirilib ki, nasaz və texniki tələblərə cavab verməyən nəqliyyat vasitələrinin istismarı qadağan olduğu üçün xəttə buraxılmır: "Sərnişindaşımada istifadə olunan avtobus və mikroavtobusların texniki vəziyyəti daim diqqətdə saxlanılır. Əgər hər hansı texniki nasazlıq aşkar olunarsa həmin avtobus və ya mikroavtobus xəttə buraxılmır. Hazırda marşurutlar üzrə ümümilikdə 50-dən artıq mikroavtobus istismardadır ki, onların saz saxlamaları ilə bağlı daima sürücülərlə söhbətlər aparırıq. Həmçinin çalışırıq ki, daha iri tutumlu, tələblərə cavab verən yeni avtobuslar gətirilsin ki, sərnişinlərin rahatlığı tam təmin olunsun".
Qeyd edək ki, hazırda Biləsuvar rayonu üzrə 12 istiqamətdə sərnişindaşıma həyata keçirilir. Bunlar rayonun Səmədabad, İsmətli, Çaylı, Ağayrı, Təzəkənd, Ovçubərə, Əsgərabad, Bəydili, Xırmandalı və Çinarlı kəndləridir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












