Biləsuvarda yolkənarı səkilər və istinad divarları bərbad vəziyyətə düşüb - FOTO

Biləsuvarda Heydər Əliyev prospektinin səkiləri və istinad divarları bərbad vəziyyətdədir.
Bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, prospektin bəzi hissələrində yol boyu inşa edilmiş səkilər yararsız hala düşüb. Buna isə səkilərin üzərində daş örtüklərinin bəzilərinin sınması, bəzilərinin isə tamamilə yoxa çıxması səbəb olub.
Bu da piyadaların hərəkətinə maneələr yaradıb. Xüsusən, yağışlı havada səkilər üzərində hərəkət piyadaların narahatlığına səbəb olub.
Sakinlər deyir ki, yağış yağanda palçıq olduğu üçün asfalt yolla hərəkət etməyə məcbur olurlar. Bu da yoldan istifadə edən yüzlərlə məktəblinin həyatını təhlükəyə atır.
Onların sözlərinə görə, həmçinin prospekt boyunca bəzi hissələrdə istinad divarları da hər an uçmaq təhlükəsi ilə üzləşib.
Buna görə də rayon əhalisi aidiyyəti qurumlardan səkiləri və istinad divarlarını bərpa etmələrini xahiş ediblər.
Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən bildirilib ki, artıq səkilərin təmiri işlərinə başlanılıb.
Bildirilib ki, bu istiqamətdə həyata keçirilən işlər hazırda davam etdirilir.
Həmçinin qeyd edilib ki, istinad divarları da söküləcək və fərqli formada yeniləri inşa olunacaq.
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır












