“Biletim.az”da 13 marşrut üzrə biletlər satışa çıxarılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) göstərdiyi xidmətlərin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn biletlər “biletim.az” portalı üzərindən satışa çıxarılıb.
Avtosfer.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ilkin mərhələdə 13 marşrut üzrə – paytaxt Bakıdan Gəncə, Qazax, Bərdə, Mingəçevir, Şəki, Zaqatala, Qax, Quba, Qusar, Xudat, Astara və Lənkərana, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara biletləri 10 gün əvvəldən əldə etmək mümkündür. Vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malik olan portala ilkin mərhələdə 25 daşıyıcı qoşulub.
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Sistemin “Biletim” mobil tətbiqi də istifadəyə verilib. Mobil cihazlar üçün tətbiqi “App Store” və “Google Play”dən yükləmək mümkündür.
Onlayn bilet sistemi bu sahədə xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












