Binəqədidə 50-yə yaxın evdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

Binəqədi rayonunda son 9 ayda 50-yə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və 6-cı Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində silsilə oğurluqlar edən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyən olunaraq saxlanılıb. İlkin araşdırmalar zamanı onun 7 evdən və bir avtomobildən ümumilikdə 15.900 manat, 1.222 türk lirəsi, 12.000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub.
Vaqif Hümbətov ifadəsində bu oğurluqlarla yanaşı, azadlığa buraxılandan sonra son 9 ay ərzində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 50-yə yaxın evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığını da etiraf edib.
Onun barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Vaqif Hümbətovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Binəqədi Rayon Polis İdarəsinə, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












