Binəqədidə çox da gözə çarpmayan muzey - FOTO

Əslində bu yoldan hər gün minlərlə adam istifadə etsə də, yol ayrıcındakı bina çoxlarının diqqətindən yayınıb. Əslində gözdən uzaq yer deyil. Binəqədi-Mehdiabad yolunun ayrıcıdır.
Söhbət “Azərişıq”ın Binəqədi rayonunda yerləşən “Yarımstansiya muzeyi”ndən gedir. Mən özüm də buranın mövcudluğunu sırf təsadüf nəticəsində öyrənmişəm. Amma bir texnika həvəskarı olaraq burada gördüklərim məni muzeyə təkrarən gətirdi.
Muzey Bakının qədim və zəngin enerji tarixinin canlı şahididir. Bina bir əsr əvvəl, 1914-cü ildə Binəqədidə ilk elektrik yarımstansiyası tikilərək istifadəyə verilib (Almaniya mühəndislərinin layihəsidir – müəl.). Əl əməyi ilə inşa edilən yarımstansiya binası təxminən 10 il əvvəl əsaslı yenidənqurma işlərindən sonra “Yarımstansiya-muzey” kimi tanınır. Çünki burada həm də mədənləri elektriklə təchiz edən paylayıcı yarımstansiya yerləşir. Yarımstansiya binasının tikintisi o zamanlar Binəqədi kəndində neft hasilatı ilə bağlıdır. Əslində Bakının enerji təchizatı neft sənayesinin sayəsində baş tutub.
Muzeydəki eksponatlara gəlincə, bunlardan ən köhnəsi 1899-cu ildə Siemens tərəfindən istehsal edilmiş akkumulyatorların cərəyan tənzimləyicisidir. Qurğu 110 il istismar edilsə də indi də saz vəziyyətdədir. Bundan başqa, muzeydə şəbəkənin idarəetmə lövhələri, transformatorlar, ölçü cihazları və sair nümayiş etdirilir. Əksər eksponatlar ötən əsrin ilk qərinəsinə (33 illik dövr) aiddir. Buradakı eksponatların bir özəlliyi də hamısının işlək vəziyyətdə olmasıdır.
Texniki muzeylərin olmadığı Azərbaycanda belə bir müəssisənin fəaliyyəti sevindirici olsa da, çatışmayan məqam da var. Bu muzey nədənsə ciddi təbliğ olunmur və turizm marşrutlarına salınmır.
Bütün dünyada texniki muzeylərin tarix muzeylərindən daha çox maraq doğurduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, “Yarımstansiya-muzey”in tanıdılması ölkəmizin turizm potensialına müsbət təsir edər. Buradakı qurğuların çoxunun Almaniya istehsalı olduğunu nəzərə alaraq, avropalı turistləri cəlb etmək mümkündür.
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO


















