Bir neçə prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu - FOTO

Bakıda hazırda aidiyyəti dövlət qurumları tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə Avtosfer.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.
O bildirib ki, təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar aşağıdakılardır:
1. Xətai rayonu, Babək prospekti ilə Süleyman Vəzirov küçəsinin kəsişməsi (ticarət mərkəzinin yaxınlığı);
2. Nərimanov rayonu, Həsən Əliyev və Aşıq Molla Cümə küçələrinin kəsişməsi, Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər, hər iki istiqamətdə təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq edilib.
Təmir işləri aparılan küçə və prospektlər:
1. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, dairədən ("Şəki" restoranın qarşısı) “Nərimanov” m/st istiqamətində;
2. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Səbail rayonu, Badamdar şosesi və Əziz Nəzərov küçəsinin kəsişməsində;
4. Səbail rayonu, Badamdar şosesi, (Caspian İnternational Hospitalın yaxınlığı), mərkəz istiqamətində yolda təmir işləri aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















